Əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir
21 Aprel 2016 14:37 SosialAzərbaycanda bir qisim əmək fəaliyyətinə cəlb edilən əcnəbilər 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir. "Olaylar" xəbər verir ki, bu məsələ "Sosial sığorta haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb. Sözügedən qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir. Artıq qanun layihəsi Milli Məclisin əmək və social siyasət komitəsində müzakirə edilib.