Məhkumların sayı 24 minə çatıb
21 Aprel 2016 13:30 Sosial"Ölkədə bütün cəzaçəkmə və istintaq təcridxanalarında ümumi məhkumların sayı 24 minə qədərdir və bu, Azərbaycanda indiyə qədər ən yüksək rəqəmdir". "Olaylar" xəbər verir ki, bunu aprelin 21-də Milli Məclisdə (MM) təşkil olunmuş "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi" adlı Dəıyirmi masada çıxışı zamanı millət vəkili Çingiz Qənizadə deyib. Üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsi adından bununla bağlı cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirən Ç. Qənizadə deyib ki, bu rəqəm eyni zamanda, büdcədən xərclərin artmasına da səbəb olur: "Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır və bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəkli sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var ki, bunun da nəticəsində bu məhkumların sayı xeyli aşağı düşəcək. Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrum etmə tətbiq edilir. Halbu ki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına". Millət vəkilinin sözlərinə görə, yaxın zamanlarda bununla bağlı qanunvericiliyə müvafiq islahatlar, təkmilləşdirmələrin aparılması gözlənir.