Aİ: “Azərbaycanda ədliyyə sistemində islahatların sürətləndirilməsinə ehtiyac var”
Uşaq hüquqlarının təmin edilməsilə bağlı
21 Aprel 2016 13:28 Sosial"Uşaq hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycanda ədliyyə sistemində islahatların sürətləndirilməsinə ehtiyac var"."Olaylar" xəbər verir ki, bunu aprelin 21-də Milli Məclisdə (MM) təşkil olunmuş "Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi" adlı dəyirmi masada çıxışı zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Yorun Villems deyib. Onun sözlərinə görə, bu gün ümumiyyətlə, Avropada uşaqların 90 faizi yoxsulluq risqi altındadır.Eyni zamanda, onların hüquqlarının pozulması risqləri gündən-günə artır: "Ona görə uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi və onun icrasına nəzarətin gücləndirilməsi çox aktual məsələ kimi hamının qarşısında dayanır". O, həmçinin xatırladıb ki, hazırda dünya əhalisinin üçdə birini, Avropa əhalisinin beşdə birini uşaqlar təşkil edir: "Azərbaycanda da əhalinin 40 faizini uşaqlar, yeniyetmələr, 25 yaşdan aşağı olanlar təşkil edir. Bunun özü isə uşaq hüquqlarının təmin edilməsinin nə qədər vacib olduğunu bir daha göstərir".