ATMU nümayəndə heyəti Avstriyaya səfər edib
21 Aprel 2016 11:45 SosialAzərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllim-inzibati heyət üzvlərindən 2 nəfər Avstriyanın IMC Krems Tədbiqi Elmlər Universitetində (TEU) keçirilən beynəlxalq tədbirin iştirakçısı olublar. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "IMC Beynəlxalq Magistr Günləri 2016" adlı beynəlxalq tədbirdə Azərbaycanla yanaşı ABŞ, Kanada, Meksika, Rusiya, Avstiya, Fransa, İspaniya, Finlyandiya, İsveç, Serbiya, Sinqapurun müəllim-nümayəndə heyəti də iştirak edib. Əsas məqsədi ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq səviyyədə mübadilə proqramlarının təhsilin inkişafına dəstəyinin intensivləşdirilməsi olan tədbirdə ölkəmizi Azərbaycan Turizm və Menecment Universitetinin Biznes İdarəçiliyi fakültəsinin və eyni zamanda "Azərbaycan-Avstriya Turizm Proqramı"nın (AATP) müəllimi iqtisadiyyat üzrə fəlsəfə doktoru Günel Poladova təmsil edib. Tədbir zamanı hər ölkədən müəllim heyəti təqdimatla müxtəlif mövzular barədə magistr tələbələrinin iştirakı ilə nəzəri və müzakirəli seminarlar keçirib.