"WhatsApp"da virus yayıldı - Dİqqətli olun!
20 Aprel 2016 19:12 Sosial"WhatsApp"da ard-arda ortaya çıxan təhlükələrə biri də əlavə olunub. Türkiyə mətbuatı bildirir ki, zəncirvari yayılan spam mesajlarında virus (Trojan) aşkarlanıb. Göndərilən mesajda virusa daxilan olan hər kəsin bütün mesajları bir neçə saniyə içində kopyalanır.
Bu mesajı görən kimi silin!
Virus sizə foto, video, səsli mesaj, söhbət, ödəmə məlumatı şəklində gələ bilər. Bu mesajları görən zaman oxumadan silin və ya əngəlləyin. İstifadəçilərin aldanma səbəbləri mesaj göndərən şəxsin kim olduğuna baxmamasıdır. Amma tanıdığınız şəxslərdən gələn mesajlarda da diqqtəli olun. Çünki virus həmin nömrəni ələ keçirib sizin də nömrənizə spam mesajları göndərə bilər. "WhatsApp"dan gələn ".zip" faylları şəxsi kompüterdə açmısınızsa, antivirusla həmin faylları bir də yoxlamaq və şifrələri dəyişmək məsləhətdir.