Təhsil Nazirliyi dərslərin bitəcəyi tarixlə bağlı məlumatlara aydınlıq gətirdi

Azərbaycan Təhsil Nazirliyi bu il orta məktəblərdə tədrisin iyunun 14-də deyil, daha tez - mayın 31-də başa çatacağı ilə bağlı məlumatlara aydınlıq gətirib. Nazirlikdən Trend-ə bildirilib ki, ümumi təhsil müəssisələrində dərslər bir qayda olaraq, sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Qeyd edək ki, ötən tədris ilində orta məktəblərdə tədris mayın 31-də başa çatsa da, bu dərs ilindən tədrisin iyunun 14-də bitməsi barədə qərar verilib. Bəzi məktəblərdə isə valideynlərə bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də fənlər üzrə proqramların tədrisi mayın sonunda yekunlaşacaq. Ona görə də dərslər iyunun 14-dən də tez bitə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00