Ölümülə nəticələnən yol qəzası törədən şəxs məhkəmə zalında həbs edilib
20 Aprel 2016 12:05 SosialBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Vahid Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan V. Quliyev məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Quba rayon ərazində Vahid Quliyevin idarə etdiyi "Hovo" və Tərtər rayon sakini Fariz Həsənovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. F.Həsənov və sərnişini, Neftçala rayon sakini Nəsib Məmmədov hadisə yerində ölüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00