Bir çox xəstəliklərin dərmanı - Qanqal
20 Aprel 2016 11:56 SosialYaz fəsli gələn kimi paytaxtdan rayona gedənlər və geriyə qayıdanlar yol kənarında bitən qanqalın dadına baxmaq üçün mütləq ayaq saxlayırlar. Kimi onun insan orqanizminə xeyrini bilərək yeyir, kimisi isə dadlı olduğu üçün. 76 yaşlı Səkinə nənə müsahibəsində deyir ki, o, nənə-babalarından bu bitkinin xeyiri barədə çox eşidib:
"Həkimlər də deyirdi, mənim onda hələ 30 yaşım var idi. Anam da, babam da, atam da deyərdi ki, "bu qanqal çox xeyirli şeydir". Gözə də xeyirdi, mədəyə də xeyirdi. Yeyilən vaxtı da mart-aprel ayıdır. May ayında yeyilmir, vaxtı keçir, həmin vaxt onun başı semiçka olur. Semiçka tumundan da dərərdik, yığardıq bayram ayında, onu xəmirin üstünə səpərdik küncüt əvəzi".
Mütəxəssislər də təzə çıxan qanqalın mədə-bağırsaq, qaraciyər və diş ətləri üçün olduqca xeyirli bitki olduğunu deyirlər. Bu səbəbdən bəzi sakinlər onu evə də alıb, aparır. Qiymətinə gəlincə bir dəstəsi yəni 10 ədədi 1-2 manat arasında dəyişir.
Ama ikinci növ qanqal da var ki, onu yalnız heyvan yeyir. Bu iki qanqalı bir-birindən fərqləndirmək isə o qədər də çətin deyil: "İnsan yediyi qanqal enli yarpaq olur. Başı semiçka başı kimi olur. O insan qanqalıdır, onu soyursan yeyirsən".//atv.az