Azərbaycanda elektron təbabətə dair konfrans keçiriləcək

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə elektron təbabət üzrə ümumrespublika elmi konfransı keçiriləcək. ATU-dan "OLAYLAR"-a daxil olan məlumata görə, burada tibb sahəsində İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunacaq. Konfransda İKT sahəsi ilə yanaşı, tibb elminin öncülləri, o cümlədən Azərbaycan Tibb Universitetinin nümayəndələrinin çıxışları da nəzərdə tutulub. Konfransın təşkilat komitəsinin üzvləri bu gün Azərbaycan Tibb Universitetində oldular, universitet rəhbərliyi ilə bu grüşüb tədbirə hazırlıq işlərini müzakirə ediblər. Komitə üzvləri ilə görüşdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ölkəmizdə bu mövzuda elmi yığıncağın təşkilinin böyük əhəmiyyət daşıdığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00