Ceyhun Bayramov: "Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının tərkibi tam formalaşdırılıb"

Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncama əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 7 nəfərdən ibarət tərkibi tam formalaşdırılıb. APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib. O deyib ki, yeni qurumun sənədləri rəsmi qeydiyyatdan keçməlidir: "Bundan sonra mərkəz fəaliyyətə başlayacaq. Müəyyən dövr ərzində paralel olaraq iki struktur fəaliyyətlərini davam etdirəcək. Hesab edirəm ki, yeniliklər və dəyişiklər barədə danışmaq bir qədər tezdir və müəyyən dövrdən sonra bu məsələlər aydın olacaq". Yeni qurumun yaradılmasından sonra testin formasının dəyişdirilməsinə gəlincə, C. Bayramov qeyd edib ki, vaxtı çatanda bu barədə ətraflı məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00