Səlim Müslümov Xızı rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşəcək
19 Aprel 2016 18:17 SosialAzərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov aprelin 22-də saat 10:00-da Xızı rayonu Heydər Əliyev Mərkəzində Xızı, Abşeron, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə (018) 644-64-21, Abşeron rayonu üzrə (012) 401-47-85 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri araşdırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00