Yaz günəşinin ləkələrindən qoruyan vasitə
19 Aprel 2016 18:43 SosialDüyünü daha çox yaponlar saçlarının uzanması, cavan qalmaları üçün kosmetik vasitə kimi istifadə edirlər. Düyü əsirlərdir öz möcüzəvi keyfiyyəti ilə seçilib. Düyü tərkibindəki möcüzəvi linolin turşusu, antioksidant, dəri qocalmasının qarşısını alan qidalardan biridir. Dəri qırışlarını ləngidir və günəşin mənfi təsirindən qoruyur. Bunlarla bərabər düyü E vitamini ilə də zəngindir. Bu da həm dəriyə, həm də ürək fəaliyyətinin güclənməsinə və qanda xolesterinin aşağı düşməsinə kömək edir. Təəssüf ki, yaponlardan başqa heç kimin bu faktlardan xəbəri yoxdur. Düyü doğrudan da möcüzələrə qadirdir. Gəlin düyünün dəri cavanlaşdırması haqqında reseptə diqqət edək. ATV.az olaraq sizə sadə və asan resept təqdim edirik. Bu reseptlə üz dəriniz qırışsız, parıltılı və ləkəsiz olacaq.
3x.q düyü
1x.q süd
1x.q bal
Hazırlanması
Düyü bişirilir, suyu başqa qaba süzülür. Bişmiş düyüyə ilıq süd və bal əlavə edlib qarışdırılır. Təmiz dəriyə yaxılır və quruyana kimi saxlanılır. Düyünün kənarda qalan suyu ilə üz yuyulur.
Düyü suyu güclü antioksidantla zəngindir.
O dərini yumuşaldır və qan dövranını stimulaşdırır. Bu məlhəm həm də piqment ləkələri aparır və üz iltihabını təmizləyir.
Həmçinin düyü məlhəmi dəriyə ləkə qalmasın deyə zaqar almadan öncə istifadə edilir ki, dəri yumşaq və qırışlardan uzaq olsun. Düyü maskasını həftədə 1 dəfə dəriyə çəkilir. Bunu bir neçə dəfə təkrar etdikdən sonra dərinizin 10 yaş cavanlaşdığını görəcəksiniz.
Qeyd: Düyünün təbii kənd məhsulu olması mütləq vacibdir. Yaxşı olar ki, yumuru, qırmızıtəhər kənd düyüsü olsun.