Millət vəkili AŞPA-da Minsk qrupunu fəaliyyətsizlikdə ittiham etdi
19 Aprel 2016 17:02 Sosial24 il ərzində Minsk qrupunun həmsədrləri yüz dəfələrlə regiona səfər edib, görüşlər keçirib, müzakirələr aparıblar. Ortada heç ciddi bir müsbət nəticə olmayıb və Minsk qrupunun fəaliyətsizliyi, ya fəaliyyətinin kəsərsizliyi dəfələrlə ən yüksək tribunalardan ən kəskin tənqidlərə məruz qalıb". "Olaylar" xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ikinci iş günündə, sərbəst müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib. R.Hüseynov bildirib ki, dövlətlərin üzv olduqları beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri, yerinə yetirməli olduqları vəzifələri var. Onun sözlərinə görə, bu öhdəliklər vaxtında, yaxud lazımi səviyyədə yerinə yetirilməyəndə həmin ölkələrə qarşı o təşkilatlar tərəfindən tənbeh tədbirləri də həyata keçirilir, cəzalar da verilir. Millət vəkili deyib ki, amma qarşılıqlı olaraq beynəlxal təşkilatlar da həmin ölkələrin və xalqların qarşısında məsuliyyət daşıyır: "Yəni, üzv ölkələrdən müəyyən işləri görməyi, müəyyən addımları atmağı tələb etməklə yanaşı beynəlxalq təşkilatlar o ölkə və xalqların problemlərinə həssaslıqla yanaşmalı, bunların həllinə mümkün köməklərini əsirgəməməlidir. Bəs reallıqda necə olur? Azərbaycan 1991-ci ilin oktyabrında Sovet İttifaqından qurtularaq müstəqilliyini bərpa etdikdən bir neçə ay sonra ATƏT-ə üzv qəbul edilib və 1992-ci ilin 24 martında da Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ probleminin həllinə yardım etməsi nəzərdə tutulan ATƏT-in Minsk qrupu yaradılıb. Arxada qalan 24 il ərzində Minsk qrupunun həmsədrləri yüz dəfələrlə regiona səfər edib, görüşlər keçirib, müzakirələr aparıblar. Ortada heç ciddi bir müsbət nəticə olmayıb və Minsk qrupunun fəaliyətsizliyi, ya fəaliyyətinin kəsərsizliyi dəfələrlə ən yüksək tribunalardan ən kəskin tənqidlərə məruz qalıb. Nəticədə bu gün dişsiz Minsk qrupu və onun heç bir nailiyyətə imza atmadan vaxtaşırı dəyişən həmsədrləri bir demaqogiya alətinə çevrilib".