Nazirlik 15185 sual cavablandırıb

2016-cı ilin mart ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 15185 sual cavablandırılıb. Nazirliyin Analitik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, müraciətlərin 21,96%-i qeydiyyat, 20,6%-i vergilərin növləri, 11,5%-i elektron xidmətlər, 11,06%-i vergi qanunvericiliyi, 11,01%-i hesabatlar və onların doldurulma qaydaları, qalanları isə digər məsələlər barədə olub. Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 3796 zəng daxil olub, 1993 zəng zamanı vergi borcu, 1803 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 15025 mesaj göndərilib. 2016-cı ilin mart ayında vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 29495 nəfərə 42990 sayda müxtəlif xidmətlər göstərilib. Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 412982 daxilolma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,3 faiz çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00