TQDK-dan əhaliyə müraciət

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ictimaiyyətə müraciət ünvanlayıb. Azadinform xəbər verir ki, müraciətdə bildirilir: "Son günlər Facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb. Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi Facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi Facebook səhifəsi istifadəyə veriləcək və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcək. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta Facebook səhifələrindən istifadə etməməyiniz xahiş olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00