Cəlilabad rayonunun Ağdaş kəndinə yenidən təbii qaz verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, 454 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29872 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00