AzTU tələbələri petisiyada aktif iştirak edir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) nümayəndələri AzTU tələbələrinin petisiyada daha aktiv iştirakını təmin etmək üçün tələbələrlə görüşüblər. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tələbələrinin aktiv iştirakının təmin olunması üçün Universitet rəhbərliyi xüsusi fəaliyyət planı hazırlayıb. Plana əsasən petisiyanın mahiyyəti tələbələrə çatdırılır və onların səsverməyə təşviqi həyata keçirilir. Bunun nəticəsi olaraq petisiya elan olunandan bu günədək artıq, 2000-ə yaxın AzTU tələbəsi səsvermədə iştirak edib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" petisiya ilə bağlı müraciətində ABŞ president administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnamənin dəstəklənməsinə çağrış edilir. Görüşdə petisiyanın əhəmiyyəti bir daha tələbələrin diqqətinə çatdırılıb və Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülə biləcək işlərdən danışılıb. AzTU tələbələri bildiriblər ki, petisiya ilə bağlı aktivlikləri təkcə öz səslərini verməklə bitməyəcək,sosial şəbəkələr üzərindən digər tanışlarının da bu işə cəlb olunması üçün səylərini birləşdirəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00