“Neft Daşları” yatağında yeni quyu istismara verilib
19 Aprel 2016 16:14 SosialNeft Daşları" yatağındakı 1954 saylı estakadayanı meydançadan 2688 nömrəli quyu qazmadan sonra istismara verilib. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, .Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1331-1320 metr intervaldan sutkalıq 31 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00