Bu il "son zəng" nə vaxt keçiriləcək?
19 Aprel 2016 14:39 SosialRedaksiyamıza daxil olan müraciətlərdə məktəblilər və onların valideynləri "Son zəng"in vaxtının, Təhsil Nazirliyinin daha öncə elan etdiyi kimi, iyunun 14-də deyil, mayın 30-da keçirilməsi ilə bağlı məlumat verildiyini bildiriblər. Məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinə müraciət etdik. Virtualaz.org bildirildi ki, bu il "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək. Məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayır, iyunun 14-də başa çatır. Bununla əlaqədar olaraq, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00