Bir hektara görə min manat cərimə
Əli Məsimli: “Torpaqlarımızın hər qarışından səmərəli şəkildə istifadə edilməlidir”
19 Aprel 2016 14:23 SosialAzərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan təyinata uyğun istifadə etməyənlərə qarşı vergilərin uçot dərəcələri qaldırılacaq. Bununla bağlı qanunvericilik təşəbbüsünün subyekti ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə (MM) Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə müvafiq qanun layihəsi göndərilib. Sözügedən qanun layihəsi paramentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının müzakirəsinə çıxarılıb. Vergi Məcəlləsinə təkilf olunan dəyişiklikliyə görə, bundan sonra kənd təsərrüfatına yararlı torpaqlar əgər təyinatı üzrə istifadə olunmaslar, vətəndaş bir hektar üçün min manat cərimə ödəməli olacaq. Belə ki, adıçəkilən Məcəllənin 206.1-ci maddəsinə əsaasən torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0, 06 manat müəyyən edilir. Eyni zamanda, sözügedən maddədə nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi topraq sahəsdinin hər kvadratmetrinə görə 10 manat müəyyən edilir. Maraqlıdır, qanunvericilikdə vergi dərəcəsinin artırılması istifadə olunmayan torpaqların dövriyəyə qaytarılmasına nə dərəcədə təsir göstərəcək?
Təyinatı üzrə istifadə olunmayan torpaq sahibləri cərimələnəcək
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib ki, Məcəlləyə dəyişiklilklərdə mənqsəd kənd təısərrüfatı üzrə əkinə yararlı torpaq sahələrinin təyinatdan kənar istifadəsinin və ya onun istifadə olnumamasının qarşısını almağa yönəlib. Onun sözlərinə görə, təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı torpaqlanın istifasdəçilərinə bu dəyişiklik şamil olunmayacaq, onlar əvvəlki qaydada vergi ödəyəcək: "Ancaq kimlər ki, torpaqları istifadə etmirlər, vergi yükü onlara şamil olunacaq. Məcəlləyə edilən dəyişikliklər ilk növbədə aqrar sahənin daha da inkişafını nəzərdə tutur. İndiyə qədər kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etməməyə görə hər 100 kvadratmetrə görə 6 qəpik vergi nəzərdə tutulurdu. Bundan sonra kənd təsərrüfatına yararlı torpaqlardan üzrlü səbəb olmadan təyinatına uyğun olaraq istifadə etməyənlər 10 manat məbləğində vergi ödəməli olacaq". Baş idarə rəisi deyib ki, vergi dərəcəsinin artırılması aqrar sektorun inkişafına imkan verəcək. Onun sözlərinə görə, bəzi kənd təsərrüfatına yararlı torpaqlar üzrlü səbəb olmadan uzun müddət təyinatına uyğun istifadə olunmur. Millət vəkili Vahid Əhmədov isə deyib ki, ölkə Prezidenti tərəfindən ölkədə yeni iqtisadi islahatlara start verilib. Artıq bu istiqamətdə müvafiq komanda da təşkil olunub, müşavir də təyin olunub: "Biz də zaman-zaman həmin müşavirlə danışır, öz təkliflərimizi veririk. Ona görə də Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər çox əhəmiyyətlidir". Millət vəkili bildirib ki, burada əkinə yararlı torpaq sahələrinin təyinatdan kənar istifadəsinin və ya istifadə olunmamasının qarşısının alınması nəzərə tutulur: "Belə ki kimsə öz torpağından təyintadankənar istifadə edərsə və ya ümumiyyətlə, istifadə etməsə, o, bir hektara görə min manat cərimə olunacaq. Cərimənin, vergi dərəcəsinin bu dərəcədə artırılması çox yaxşıdır. Çünki ölkəmizdə kimlərsə, xüsusilə, məmurlar, vəzifəli şəxslər tərəfindən yüzlərlə herktar torpaq sahəsi tutulur, zəbt olunur, hasarlanlır və istifadə edilmir. Elə mənim özümün deputat selçildiyim Quba rayonunda elə kəndlər var ki, kimlərsə 100, 150, 200 hektar torpaq sahəsi zəbt edib və ondan istifadə etmir. Odur ki, bunun qarşısının alınması istiqamətində Vergi Məcəlləsdində nəzərdə tutulan dəyişiklik çox vacibdir". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib ki, Azərbaycanın 20 faiz, əslində isə həmin torpaqların istifadə olunmayan ətrafı ilə birlikdə 25 faizi torpağı işğal altındadır. Belə bir zamanda insanlarımız torpaqlarımızın hər qarışından səmərəli şəkildə istifadə etməlidir. Onun sözlərinə görə, torpaqlardan düzgün istifadənin səmərəliliyini artırmaqdan ötrü bir müddət sonra istifadə edilməyən torpaqlar sahiblərindən geri alınmalıdır: "Əgər bu üsul öz nəticəsini verməsə, o zaman belə halların qarşısını almaq üçün inzibati yollara əl atmaq olar". Bir sıra məhsulların vergidən azad edilməsi istiqamətində ölkəmizdə atılan addımları müsbət qiymətləndirən millət vəkili söyləyib ki, damazlıq heyvanlar, toxumçuluq, mineral gübrələr, eləcə də, arıçılıqla bağlı olan məhsulların Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi mühüm faktordur: "Lakin burada sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, əgər sahibkar bu güzəştlərdən istifadə edərək məhsulunun inkişafını əvvəlki kimi saxlayacaqsa, o zaman həm dövləti, həm də vətəndaşı aldatmış olacaq. Elə ölkələr var ki, orada əlavə dəyər vergisi 18 faizdən artıqdır. Əlavə dəyər vergisi 14 faiz olanda daha yaxşı işləyir, iqtisadi stimul verir və fəallığı artırır. Bu rəqəmdən aşağı və ya yuxarı olduqda iqtisadiyyata mənfi təsir göstərir. Azərbaycanda bu göstərici 14 faizdən artıqdır. Hesab edirəm ki, faizlər aşağı salınmalıdır. Hazırda əlavə dəyər vergisinin aşağı salınması buradan əldə edilən ümumi məbləğə təsir edə bilər. Lakin onun effektivliyi nəticəsində bir neçə ildən sonra milyardlar əldə etmək mümkündür. Hesab edirəm ki, islahatlarda bu təklifin reallaşması çox vacidir". Ə.Məsimli sadələşdirilmiş vergi məsələsinə toxunaraq söyləyib ki, sadələşdirilmiş vergi kiçik biznesin inkişaf etidilməsində unikal vasitədir: "Lakin kiminsə dövriyyəsi gəlib 195 min manata çatanda, həmin şəxs üçüncu firma açır ki, gəlirləri 200 mini keçməsin. Bəlkə də bu, yeni firmaların açılması nöqteyi-nəzərdən stimullaşdırıcı rol oynaya bilər. Amma iki il müddətinə yoxlamaların azaldılması Azərbaycana keyfiyyətsiz ərzaq, eləcə də dərman vasitələrinin gətirilməsinə yol aça bilir. Bu cür hallar 10 qat artıq cəzalandırılmalıdır. Çünki Azərbaycan Prezidenti müvafiq qanunun icrasını dayandıraraq, sahibkarlara jest edib. Bundan süi-istifadə etmək olmaz. Bu istiqamətdə daha etibarlı mexanizm qurulmalıdır ki, ölkəyə ərzaq və ya dərman məhsulları gətirən sahibkarlar ölkəni keyfiyyətsiz məhsulların satış poliqonuna çevirməsinlər".
Alim