Nazir xarici ölkələrdəki turizm nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib

Bakı Ekspo Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Körfəz ölkələrində, Almaniyada, Rusiya və Türkiyədə olan turizm nümayəndəliklərinin rəhbərləri ilə görüş keçirib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüşdə ilk öncə artıq 3 ildir ki fəaliyyət göstərən "Atlantis Holidays" şirkəti və 2 ilə yaxındır ki fəaliyyət göstərən "Aviareps" şirkətinin hesabatı dinlənilib və hər iki nümaqyəndəlik gələcəkdə görüləcək işlər haqqında məlumat verib. Daha sonra bu il Rusiyada yaradılan "Tur A Vent" şirkəti 2 ay ərzində gördüyü işlər və il ərzində təsdiq olunmuş tədbirlər planı haqqında məlumatı diqqətə çatdırıb. Azərbaycanın Türkiyədə turizm nümayəndəliyi olan "Gateway" şirkəti isə görüləcək işlər haqqında çıxış edib. Görüşdə Əbülfəs Qarayev çıxışı zamanı turizm sahəsinin iqtisadiyyatın prioritet sahələrindən olduğunu və turizmin hansı istiqamətlərinin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Bundan əlavə hər bir turizm nümayəndəliyinin Azərbaycanı təmsil etdiyi ölkələrdən turistlərin necə cəlb olunması haqqında tövsiyə və tapşırıqlarını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00