Ermənistanla sərhəddə etiraz aksiyası keçiriləcək
8 Aprel 2016 16:43 SosialAprelin 9-da İqdırın Ermənistanla sərhəddə yerləşən Alican keçid qapısı yaxınlığında etiraz aksiyası keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a İqdırda fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mücadilə Dərnəyinin sədri Göksəl Gülbəy verib. Bildirib ki, aksiyada ermənilərin təmas xəttində törətdikləri təxribatlar pislənəcək, dünya birliyindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində səmərəli addım atmaq tələb olunacaq. Aksiyaya İqdırda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da dəstək verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00