Tələbələr etiraz aksiyası keçirib

Türkiyənin  Kocaeli vilayətində təhsil alan  azərbaycanlı və türkiyəli tələbələr Azərbaycan Heydər Əliyev Kültür Evinin qarşısına toplaşaraq  Ermənistan ordusunun son hərbi təxribatlarına  etiraz aksiyası ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, Türkiyə və Azərbaycanın  Dövlət  bayraqlarını dalğanlandıran aksiya iştirakçıları "Qarabağ bizimdir!", "Yaşasın Türkiyə və Azərbaycan dostluğu və qardaşlığı!",  "Azərbaycan bayrağını Qarabağdan asacağıq!", "Ümid sənədir ancaq, Azərbaycan əsgəri!" kimi şüarlar  səsləndirib. Mitinq "Əsgər Marşı"nın ifası ilə başlayıb. Daha sonra erməni silahlı birləşmələrinin təxribatları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin adları bir-bir səsləndirilib. Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını  və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkmək tələb edilib. Beynəlxalq qurumlar və təşkilatlar Ermənistanın  işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00