Əkrəm Əylislidən DNT analizi üçün nümunə götürüldü

Bu gün yazıçı Əkrəm Əylisli ifadə verməsi üçün istintaqa dəvət edilib. Bu barədə report-a Ə.Əylislinin vəkili Elçin Sadıqov deyib. O, müdafiə etdiyi Ə.Əylisi ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsində olub. E.Sadıqov qeyd edib ki, Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsinin rəisi Vüqar Sərdarovun çağırışına əsasən oraya gediblər: "Əkrəm Əylislinin əl barmaq izlərini götürdülər, şəklini çəkdilər və ağız boşluğunun hər iki tərəf dərinliyindən DNT analizi üçün nümunə götürdülər. İstintaq hərəkətləri iki saata yaxın çəkdi".

Qeyd edək ki, Əkrəm Əylislinin barəsində istintaq orqanı başqa yerə getməməklə bağlı qəti imkan tədbiri seçib. İstintaq dövründə yazıçı Bakı şəhərindən kənara çıxa bilməz. Yazıçıya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttihama görə, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, 1981-ci il təvəllüdlü Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Əkrəm Əylisli aprelin 6-da istintaqa verdiyi ifadəsində ittihamları qəbul etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00