Yaxin və Orta Şərqdə baş verən proseslər müzakirə edilib

Bakı Avrasiya Universitetində "Yaxın və Orta Şərq: zorakılıqdan təhlükəsizliyə aparan uzun yol" mövzusunda elmi-praktik konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Elman Nəsirov, Ədalət Partiyasının Ali Məclisinin sədri Mütəllim Rəhimli, eləcə də universitetin elm ictimaiyyəti, siyasi ekspertlər iştirak edib. Millət vəkili Elman Nəsirov və Mütəllim Rəhimli konfransda Yaxın və Orta Şərqdə baş verən proseslər, bu proseslərin Yaxın Şərq ölkələrinə vurduğu ağır zərbələr və ondan çıxış yolları ətrafında məruzə ilə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00