AzTU “startup”çıların yeni inkişaf modeli
8 Aprel 2016 15:29 SosialAzərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Layihələrin İdarəolunması və İnnovasiya Mərkəzində Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin toplantısı keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, toplantıda startup layihələrin qəbul olunması ilə bağlı İnformasiya Texnologiyaları üzrə proqramlaşdırma və xarici dillər üzrə mütəxəssislərlə görüş keçirilib. Toplantıda "Şəxsi inkişaf məktəbi" adlı layihənin həyata keçirilmə prosesi tələbələrlə müzakirə edilib. Yekun olaraq iştirak edən təlimçilər tərəfindən qərar verilib ki, AzTU-da reallaşacaq istənilən sosial və ya "startup" layihələrdə iştirak edəcək və tələbələrəbu istiqamətdə məlumatlar verəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00