Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib
8 Aprel 2016 15:28 SosialAprelin 8-də Ucar rayonunun Çiyni kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 92 abonenti olan kəndin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 14 816 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə olunmuş, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00