Döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb

Döyüş meydanında qalmış meyitlərin götürülməsi prosesinə başlanıb. Məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00