58 yaşayış məntəqəsinə təbii qaz verilib
8 Aprel 2016 15:06 SosialCari ilin yanvar-mart ayları ərzində 2090 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 125 kilometr qaz kəməri əsaslı təmir olunub. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-mart aylarında 58 yaşayış məntəqəsi qazlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00