Elçin Quliyev Göytəbədə qəbul keçirəcək

Aprel ayının 14-də saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərinin qəbulu keçiriləcək. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Olaylar"a verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 12-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər. Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefon¬larla əlaqə saxlanılması və ya Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00