Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir

Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının mədəniyyət sahəsində fəaliyyətinin dəstəklənməsi məqsədi ilə müsabiqə elan edir. "OLAYLAR"-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəıbərə görə, müsabiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 3-ci bəndinə uyğun olaraq keçirilir. Müsabiqədə iştirak etmək istəyən qeyri-hökumət təşkilatları 2016-cı ilin may ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə nazirliyə təqdim etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00