Sınaq imtahanları keçirilib
8 Aprel 2016 13:01 SosialSOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində və "Qobustan" Regional Təlim Mərkəzində 4 ixtisas üzrə yekun buraxılış imtahanları keçirilib. "OLAYLAR"-ın xıəbərinə görə, TTSİ, İnsan Resursları Departamentinin və müəssisələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən imtahan zamanı sənaye müəssisələri üçün mühüm peşələrdən olan 4 qrup üzrə texniki peşə təhsili almış 35 nəfər gənc imtahan komissiyası qarşısında bilik və bacarıqlarını nümayiş etdirib. Sınaq imtahanından əvvəl TTSİ-nin rəisi Fuad Süleymanov imtahanların obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırmış, gənclərə uğurlar arzulamışdır. İmtahanda iştirak edən məzunlar tədris proqramlarının 30 %-ni təşkil etmiş nəzəri və 70 %-ni təşkil etmiş təcrübi hissə üzrə yüksək nəticələr göstərmiş, istehsalata vəsiqə qazanıblar. Qeyd edək ki, ötən il test üsulu ilə keçirilmiş qəbul imtahanlarında uğur qazanmış 19 nəfər 2015-ci il sentyabrın 15-dən KHTM-də "Qaz paylayıcı stansiyanın operatoru" və "Plasmas qaynaqçı", 16 nəfər isə QRTM-də "Akumlyatorçu" və "Takelajçı" ixtisasları üzrə 10 ay müddətinə nəzəri və praktiki dərslərə cəlb olunmuşdu.