“Bölgələrdən paytaxta” layihəsində növbəti təqdimat ünvanı Qusar rayonudur

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi üzrə ölkəmizin regionlarının təqdimatı davam edir. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ötən ildən həyata keçirilən layihə çərçivəsində bölgələrin tarixi-mədəni irsi, adət-ənənələri, xalq sənətkarlığı, mətbəxi, sosial-iqtisadi və turizm imkanlarını əks etdirən sərgilər nümayiş olunur, incəsənət kollektivlərinin konsertləri keçirilir. Layihənin növbəti təqdimat ünvanı Qusar rayonu olacaq. Tədbir Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə aprelin 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
Teatrın foyesində sərgi təşkil olunacaq, mərasimdə Qusar rayonun bədii kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim ediləcək. Qeyd edək ki, Qusar rayonu həmçinin Mədəniyyət və Turizm Nazirliyinin "Xalq yaradıcılığı paytaxtları" proqramı üzrə 2016-cı ildə "Azərbaycanın folklor paytaxtı" elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00