Gəncədə 10 min vətəndaş orduya belə dəstək verdi - AKSİYA VIDEO

Bu gün səhər saatlarında Gəncə şəhərində aksiya keçirilib. Qafqazinfo-nun verdiyi xəbərə görə, cəbhədə gedən döyüşlərdə şəhid olanların yaxınlarına və döyüşən əsgərlərə dəstək üçün vətənpərvər şüarlarla şəhərin mərkəzində yürüş keçirilib. Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, aksiyada 10 minə yaxın vətəndaş iştirak edir. Yürüş aksiyası Azərbaycan əsgərlərinin erməni işğalçıları ilə Qarabağ uğrunda apardığı döyüşlərə dəstək məqsədilə keçirilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00