Millət vəkili cəbhədə: "Əmr gözləyirik"
5 Aprel 2016 12:11 SosialHamımız Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Axar.az bildirir ki, bu haqda millət vəkili Fuad Muradov yazıb.
"Vətən, Azərbaycan torpağı uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin qanı yerdə qalmayacaq və qalmır! Qüdrətli Azərbaycan Ordusunun dəqiq və sarsıdıcı zərbələri mənfur düşmənləri geri çəkilməyə məcbur edir. Cəsur, mərd, qəhrəman əsgərlərimizin şücaəti və qələbəsi hər bir azərbaycanlını qürurlandırır və sevindirir. Xalqımız milli birlik və ruh yüksəkliyi nümayiş etdirir. Hamımız Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Yaşasın Azərbaycan! İrəli, Azərbaycan əsgəri!" - deyə F.Muradov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00