Dəmiryol parkı yenilənir
5 Aprel 2016 12:10 SosialAzərbaycan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində işlər davam edir. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, bu məqsədlə 2015-ci ilin mart ayında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb. Görüşdə "Uralvaqonzavod"dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. Qısa zaman kəsiyində (on bir ay ərzirdə) vaqonların hamısı ölkəmizə gətirilib. Bunlardan 400-ü qapalı, 400-ü platforma, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 600-ü çən, 300-ü taxıldaşıyan, 100-ü xopper, 100-ü isə sement daşıyan vaqondur.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları"nın sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəmizə gətirilib.