Tibb Universitetində fövqəladə toplantı

Azərbaycan Tibb Universitetində (ATU) fövqəladə toplantı keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, toplantı son vaxtlar cəbhə xəttində baş vermiş hadisələr, erməni təxribatı və bu təxribatın qarşısını alan əsgər və zabitlərimizin qələbəsinə və ordumuza ediləcək dəstəyə həsr olunub. Tədbiri giriş sözü ilə açan rektor əvəzi, tədris işləri üzrə prorektor, professor Sabir Əliyev son günlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və bu təxribatın qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alınmasından söz salıb. Bildirib ki, ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib. Eyni zamanda, işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələri və yüksəkliklər azad edilib. Ermənilərin atəşkəs rejimin pozaraq sərhədyanı bölgələrdə dinc əhalinin gülləbaran edilməsi nəticəsində dünyasını dəyişənlərin və yaralıların olduğunu vurğulayıb. Biz tərəfdən əsgərlərimizin şəhid olduğunu qeyd edən S.Əliyev qarşı tərəfin xeyli sayda canlı qüvvə və texnika baxımından itkilər verdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00