Azərbaycanlı deputat alman ictimaiyyətinə müraciət ünvanlayıb
5 Aprel 2016 12:04 SosialRaynland-Pfalts əyaləti parlamentinin deputatı Rahim Şmit Ermənistanın törətdiyi təxribata qarşı Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımları özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalisinin təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığını bəyan edib. Bu barədə məlumat "OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Bildirib ki, o, həmçinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüququn tələblərinin kobud şəkildə pozulmasından, o cümlədən Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərin atəşə məruz qalması nəticəsində dinc insanların öldürülməsinin narahatlıq doğurduğunu bildirib. Deputat həmçinin Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək niyyətinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermədiyini xüsusilə qeyd edib. Qeyd edib ki, mövcud status-kvonun saxlanması bölgə xalqlarının maraqlarına cavab verməməklə yanaşı, təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid olaraq qalır.