IV Nüvə Təhlükəsizliyi Sammiti Azərbaycan həqiqətlərinin çatdırlması baxımından əhəmiyyətli idi
4 Aprel 2016 17:29 SosialPrezident İlham Əliyevin Ağ Ev rəhbəri Barak Obamanın dəvəti ilə Biirləşmiş Ştatlara səfər etməsi və IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı Azərbaycanın üzlışdiyi problemlərin dünya birliyinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev "OLAYLAR"-a bildirib ki, dövlət başçısı sammitdə çıxışı zamanı Ermənistanın təcavüzkar siyasəti, torpaqlarımızın 20 fazinin işğala məruz qalması barədə iştirakçıları məlumatlandırıb ki, bu da Azərbaycan həqiqətlərinin dünya dövlətlərinə çatdırılması baxımından əhəmiyyətlidir: "Həmçinin Cənab Prezident sammitdə çıxışı zamanı Ermənistanda mövcud olan Metsamor Atom Elektrik Stansiyasının Cənubi Qafqaz üçün təhlükılərindən də söz açdı və dünya dövlətlərinin diqqtini bu məsələyə yönəltdi. Hesab edirəm ki, bu məqam özü də xüsusi qeyd edilməlidir". Ramiz Alıyev deyib ki, dövlət başçısının Amerikada bu ölkə rəsmiləri ilə keçirdiyi görüşlər Vaşinqton-Bakı münasibətlərinin bundan sonra daha da geniş spektrdə inkişaf edəcəyini söyləməyə əsas verir.