"Bakcell" cəbhə bölgəsində yaşayan abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib
Şirkət cəbhə bölgəsində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir
4 Aprel 2016 17:27 SosialAzərbaycanın ilk mobil rabitə operatoru - "Bakcell" şirkəti cəbhə bölgəsində vəziyyətin gərginləşməsi, əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib. Bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) "Bakcell" abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir.
Bununla yanaşı, "Bakcell" cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00