Prezidentin Vaşinqton səfəri ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır
4 Aprel 2016 17:02 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirdiyi görüşlər mühüm əhəmiyyət kəsb edir. Belıə görüşlər Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmlidir. Belə bir açıqlama i8lə çıxış edən müstəqil ekspert Əlabbas Məhərrəmli "OLAYLAR"-a bildirib ki, dövlət başçısının IV Nüvə Təhlükəsizliyi Sammitnə dəvət olunması da öz növbəsində rəsmi Vaşinqtonun Azərbaycana verdiyi önəmin göstəricisidir: "Bu dəvət onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Hesab edirəm ki, dövlət başçısının bu səfəri ABŞ-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı olacaq". Əlabbas Məhərrəmli deyib ki, ABŞ dövlət katibi Con Kerrir ilə keçirilən görüşün nəticəsi olaraq gəlinən qənaət ondan ibarətdir ki, Vaşinqton bundan sonra da Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı davam etdirəcək, bu münasibətləri bir qədər də inkişaf etdirəcək.