Sərdar Cəlaloğlunu qardaşı oğlu şəhid oldu

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu Rasim Məmmədov Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub. Bu barədə Sərdar Cəlaloğlunun özü məlumat verib. Xatırladaq ki, Rasim Məmmədovun atası Əbdül Məmmədov Birinci Qarabağ Müharibəsinin qazilərindəndir. O, Naxçıvanda döyüşlərdə iştirak edib. Sədərəkdəki döyüşlərdə onurğasından güllə yarası alan Əbdül Məmmədov əlil arabasında gəzir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00