Millət vəkili:“Azərbaycan xalqında ruh yüksəkliyi var”

Ermənilərin təxribatı nəticəsində cəbhədə gərginliyin artması Ermənistanın növbəti dəfə münaqişəni sülh yolu ilə həll etməyə hazır olmadığı göstərdi. Bunu millət vəkili Kamaləddin Qafarov deyib. O, qeyd edib ki, lakin düşmənin təxribatı cavabsız qalmadı: "Düşmənə layiqli cavab verildi. Ordumuzun bir neçə vacib yüksəklik və yaşayış məntəqəsini ermənilərdən azad etməsi onlara Azərbaycan ordusunun real gücünü göstərdi. Cənab prezidentin də bəyan etdiyi kimi vacib hərbi qələbə qazanılıb". Millət vəkili deyib ki, bu günlərdə cəbhə bölgəsində müşahidə olunan gərginlik də Azərbaycanın diplomatik uğurları və Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə əlaqədardır: "Prezident İlham Əliyev Vaşinqtonda Nüvə Sammitində iştirakı çərçivəsində ABŞ dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparıb. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bəyan etmiş, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub". K.Qafarov vurğulayıb ki, son günlərin hadisələri göstərir ki, Azərbaycan xalqında ruh yüksəkliyi var, düşməndən qisas alma arzusu böyükdür və hər zaman Ali Baş Komandanın, ölkə prezidenti İlham Əliyevin əmrini gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00