Sevinc Fətəliyeva Bolqarıstana gedib
4 Aprel 2016 15:03 SosialMilli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və daimi inkişaf komitəsinin təşkil etdiyi tədbirdə iştirak etmək üçün aprelin 4-də Bolqarıstana səfər edib. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, Sofiya şəhərində keçiriləcək tədbirdə uşaqların normal formalaşması, sağlam böyüməsi, onların hüquqlarının qorunması ilə bağlı məsələlər müzakirə olunacaq. AŞPA-nın Sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsində uşaqlar üzrə baş məruzəçi olan millət vəkili Sevinc Fətəliyeva mövzu ilə bağlı fikirlərini açıqlayacaq, həmçinin ölkəmizdə uşaqlara olan diqqət və qayğı, onların müdafiəsi, vəziyyətinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verəcək. Səfər aprelin 7-də başa çatacaq.