MM-in insan hüquqları komitəsinə 253 ərizə və müraciət daxil olub
4 Aprel 2016 14:55 SosialPayız sessiyası ərzində Milli Məclisin insan hüquqları komitəsinə 253 ərizə və müraciət daxil olub. Bu barədə sözügedən komiyədən verilən məlumata görə, həmin ərizə və müraciətlərdən 147-si baxılmaq üçün müxtəlif qurumlara göndərilib. 68 vətəndaş komitə rəhbərliyi tərəfindən qəbul edilib. Komitədən onu da bildiriblər ki, 2016-cı ilin yaz və payız sessiyaları üçün 13 bənddən ibarət iş planın nəzərdə tutulub. Qanunvericilik işləri ilə yanaşı deputatların beynəlxalq tədbirlərdə iştirakı, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndəlikləri ilə əməkdaşlığın qurulması, İnsan hüquqları üzrə Birgə İşçi Qrupla əməkdaşlıq, Azərbaycan parlamenti ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumundan, eləcə də Mətbuat Şurası ilə əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi, insan hüquqlarına dair əlamətdar günlərlə bağlı dinləmələrin və digər tədbirlərin təşkili nəzərdə tutulub.