Musa Quliyev: “Bu ilin sonuna qədər icbari tibbi sığortanın pilot şəkilində tətbiqinə nail olacağıq”
4 Aprel 2016 14:19 Sosialİcbari tibbi sığorta müasir dünyada səhiyyə sisteminin maliyyələşməsinin ən optimal yoludur. Azərbaycan da bu yolu tutub və icbari tibbi sığortanın tətbiqi üçün lazım olan hazırlıq işləri ölkəmizdə başa çatmaq üzrədir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev səsləndirib. Bildirib ki, bu sahədə lazımi hüquqi baza yaradılıb, dünya təcrübəsi öyrənilib, bu işi həyata keçirəcək qurumun - Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin əsasnaməsi təsdiq olunub: " Bu il icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsi üçün dövlət büdcəsində 10 milyon manat nəzərdə tutulub. Beynəlxalq ekspertlərin yaxından iştirakı ilə hazırda yerli mütəxəssislər tərəfindən icbari tibbi sığortanın pilot layihəsi hazırlanır. Düşünürəm ki, bu ilin sonuna qədər biz icbari tibbi sığortanın pilot şəkilində tətbiqinə nail olacağıq".