Silahlı Qüvvələrin Yardım Fondu üçün yeni aksiyaya start verildi

ASAN Xidmət sədrinin müşaviri Nadir Adilov sosial aksiyaya start verib. "OLAYLAR"-un xəbərinə görə, facebook statusunda bu barədə məlumat verən Nadir Adilov qeyd edib ki, aksiyanın məqsədi təmas xəttində baş verən son hadisələr zamanı şəhid olmuş qəhrəman oğullarımız qarşısında mənəvi borcumuzu yerinə yetirməkdir: "Allah şəhidlərimizə rəhmət eləsin. Onları geri qaytara bilməsək də hesab edirəm ki, Silahlı Qüvvələrə Yardım Fondunun hesabına müəyyən ödəniş etməklə, şəhidlərimizin ruhu, əsgərlərimizin qarşısında və əsası vicdanımız qarşısında real bir iş görə bilərik". Nadir Adilov hər kəsi aksiyaya qoşulmağa və aksiya çərçivəsində  Silahlı Qüvvələrə Yardım Fondunun hesabına bacardığı qədər maddi vəsait köçürməyə çağırıb. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri ilə tanış olmaq üçün mod.gov.az saytına daxil olmaq lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00