“Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda seminar keçiriləcək
4 Aprel 2016 13:18 SosialGənclər və idman idarələrinin rəhbərləri üçün "Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda seminar keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, aprelin 5-də baş tutacaq seminarda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administirasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovun və gənclər və idman naziri cənab Azad Rəhimovun iştirak edəcəyi gözlənilir. Seminarın keçirilməsində məqsəd rayon (şəhər) gənclər və idman idarələrinin fəaliyyətinin səmərəliliyini artırmaq, idarə rəhbərlərinin gənclərlə iş sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın yerlərdə effektiv icrasını təmin etməkdir. Seminarda yerlərdə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsinin gücləndirilməsi,ölkənin ictimai-siyasi həyatında idarələrinin əsas vəzifələrinin müəyyən edilməsi, perspektiv və operativ planlaşdırmanın aparılması, qərarların icrasının səmərəliliyinin təmin edilməsi, idarələrin işinin daha da şəffaf qurulması, intizam tədbirlərinin gücləndirilməsi, vətəndaşlarla işin ədalətli qurulması və s. mövzular üzrə müzakirələr keçirləcək və təlimatlar veriləcək.