Kürdəmir rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib

Kürdəmir rayonunun Beyi və Dayıkazımlı kəndlərinə ilk dəfə təbii qaz verilib. "OLAYLAR"-ın xəbərinə görə, ümumilikdə 284 abonenti olan kəndlərin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 38174 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00