Nizami Kino Mərkəzi repertuarda olan bütün komediya və əyləncə janrında olan filmlərin nümayişini dayandırıb
4 Aprel 2016 11:52 SosialAprelin 1-dən aprelin 2-nə keçən gecə cəbhə boyu bütün mövqelərimizin və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə tutulması və Milli ordumuzun düşmənə layiqlı cavab verməsi nəticəsində 12 nəfər vətən oğlu şəhid olub. Onların qəhrəmanlıq və şücaətlərinə ehtiram olaraq Nizami Kino Mərkəzi gün ərzində repertuarda olan bütün komediya və əyləncə janrında olan filmlərin nümayişini dayandırıb. Bu barədə məlumat "OLAYLAR"-a Nizami Kino Mərkəzinin Mətbuat Xidmətindən daxil olub. Mərkəz həlak olan əsgərlərimizə allahdan rəhmət diləyir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00